SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Sabirabad rayonunun Minbaşı kəndində qatarın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şirvan-İmişli dəmir yolu xəttinin Şirvan-Salyan avtomagistral xətti ilə kəsişdiyi hissədə qeydə alınıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/69023


ATƏT-in fəaliyyətdə olan  sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Tovuz rayonun düşmənlə təmas xəttində monitorinq keçirlir.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT in fəaliyyətdə olan şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçiləri keçirir. Monitorinqdən öncə ATƏT rəsmiləri Tovuz rayon İcra Hakimiyyəti Aparatında İcra Aparatının rəhbəri Məhəmməd Məmmədovla görüşüblər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/69028


“Bakı Dairəvi Dəmir Yol xəttində ümumilikdə 14 dayanacaq olacaq”.

Bunu BAKU.WS-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib.

O, əlavə edib ki, Buzovna, Bilgəh və Maştağa istiqamətində əvəllər dəmir yolu xətti olub və təəssüf ki, həmin xətlər sökülüb: “Bakı Dairəvi Dəmir Yol xəttində  ümumilikdə 14 dayanacaq olacaq. Bunlar Bakı sərnişin, Keşlə, Koroğlu, Bakıxanov, Sabunçu, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı, Görədil-Fatmayi, Novxanı, Sumqayıt sərnişin, Xırdalan, Biləcəri stansiyalarıdır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/69030


Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/69037


Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb.

Münsiflər heyətinin qərarı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/mdniyyt/69053


Paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir.

Hazırda bir neçə məktəbdə təmir-tikinti işləri aparılır, mövcud binlalar və köhnə korpusların  yenilənməsi, eyni zamanda əlavə korpusların tikintisi həyata keçirilir.

Təmir işləri aparılan orta məktəblərdən 39 və 101 saylı təhsil ocaqlarına baş çəkdik. Məktəblərdə aparılan təmir işlərini yaxından müşahidə etdik. 39 nömrəli məktbdə təmir işləri yekunlaşmış olsa da, 101 saylıda son tamamlanma işləri davam etdirilirdi.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/69055


Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr veriləcək.

Hədiyyələr ünvanlı sosial yardım alan ailələrin birinci sinif şagirdləri üçün nəzərdə tutulub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/69062

BAKU.WS