Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - VİDEO

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - VİDEO
Foto Video
Video 48

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlər çərçivəsində hərbi qulluqçular Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edib, kitab, foto və rəsm sərgiləri ilə tanış olub. Həmçinin şəxsi heyətə faciəyə dair ədəbi-bədii kompozisiyalar, bədii və sənədli filmlər nümayiş etdirilib.

Eləcə də səyyar təşviqat qruplarının azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşləri təşkil olunub.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...

48249 Siyasət 16:46 16 mart 2019

Son xəbərlər