İşıq pulu ödənişlərinə görə əlavə 1 manat tutulacaq - VİDEO

Ödəmə terminallarında 1 manat xidmət haqqı tutulacaq.
BAKU.WS xəbər verir ki, bu barədə “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva “Xəzər” televiziyasının “Birinci studiya” verilişində deyib.
“Hazırda yalnız “Azərişıq” qeyri-əhali ödənişlərində müştərilərdən 1 AZN borcdan əlavə ödəmə olmalıdır. Bu xəbərdarlıq kimi bütün terminalların, aparatların üzərində həmin xidmətə daxil olaraq monitorda qeyd olunub.
Bu qərar “Milliön” və “Azərişıq” arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib. Bu yalnız “Milliön” köşklərinə şamil olunmur. Ümumi olaraq “Azərişıq” tərəfindən tətbiq olunan razılaşma əsasında rəqib şirkətlərə də şamil edilir”, - deyə Əfəndiyeva qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü - YENİLƏNİB - VİDEO
Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyy...