Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyunda Eyyub Yaqubov oxuyub? - VİDEO

27
avq
2020
15:20
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayılıb.
Sosial şəbəkələrdə yayılan kadrlardan çıxış edərək, həmin toyda müğənni Eyyub Yaqubovun da iştirak etdiyi iddia olunur.
Unikal.org Eyyub Yaqubovla əlaqə saxlamağa çalışsa da, məsələyə müğənninin köməkçisi aydınlıq gətirib.
“Hazırda özüm də Eyyub bəyi tapa bilmirəm. Amma biz həmin toyda iştirak etməmişik, orada Eyyub bəyin səsindən fonoqram veriblər, yəqin, həmin mahnını DJ qoyub”, – deyə Eyyub Yaqubovun köməkçisi açıqlamasında bildirib.
Oxşar xəbərlər
Siyavuş Novruzov Mehdiyevin nəvəsinin toyundan danışdı: “Düz eləmişəm...”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu gündəmin əsas müzakirə mövzularından biridir. Koronavirus pan...
