Dövlət bu ailələrə biznes qurması üçün yardım edir - VİDEO

Dövlət bu ailələrə biznes qurması üçün yardım edir - VİDEO
Video
Video 330

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin verilməsinə başlanıb. Banklarla əməkdaşlıq çərçivəsində ümumilikdə 100 nəfər biznes planlarını müdafiə edib. 100 nəfər proqram iştirakçısına seçdikləri fəaliyyət sahəsi üzrə mal və materiallar verilməsinə start verilib.

Bir ailəyə komputer, çap avadanlıqları və dizayn işi üçün lazim olan digər zəruri avadanlıqlar verilib.

Başqa bir ailəyə isə gözəllik salonunda istifadə edilən bütün avadanlıqlar göndərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq bu gün özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin verilməsinə başlanıb. Bakı şəhərində 3 ailəyə seçdikləri fəaliyyət sahəsi üzrəmal və materiallar təqdim edilib.

Dövlət Məşğulluq xidmətinin şöbə müdirinin müavini Fərid Həsənov deyir ki, banklarla əməkdaşlıq çərçivəsində ümumilikdə 100 nəfər biznes planlarini müdafiə edib.

Ölkə ərazisində xüsusi karantin rejmi tətbiq edildiyindən həmin avadanlıqlar vətəndaşlar evdən çıxmadan onlara çatdırılıb.

Qeyd edək ki, təlimləri uğurla başa vuran 100 nəfərdən 67 nəfəri əlilliyi olan şəxs, 25 nəfəri məcburi köçkün, 8 nəfəri isə şəhid ailəsinin üzvüdür.

Oxşar xəbərlər

Prezident nazir Sahil Babayevi qəbul edib

Prezident nazir Sahil Babayevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...

13615 Sosial 16:25 16 mart 2020

Son xəbərlər