Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq
Video 2254
Bu gün səhər saatlarında Sabirabad rayonunda 219 mm diametrində olan polietilen orta təzyiqli yeraltı “Şəhər-Muğan” daşıyıcı qaz kəmərinin Muğan prospektindən Heydər Əliyev prospektinə qədər olan hissəsində sazlama işlərinə başlanılıb."Azəriqaz" İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, bu müddət ərzində rayon mərkəzinin bir hissəsində qaz fasilələrlə veriləcək.Xaçmaz rayonunun Vəlvələ kəndi istiqamətində isə istismarda olan qaz xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Oxşar xəbərlər

Son xəbərlər