SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılmasından sonra vətəndaşlar bu qurumun yerli rayon idarələrinə axın etməyə başlayıb.

Onlar torpaqlarımızın işğaldan azad olunması üçün hər an döyüşə hazır olduqlarını bəyan edirlər.

BAKU.WS xəbər verir ki, Xəzər TV-nin əməkdaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarələrində olub, buraya hərbi təlimlərə qeydiyyatdan keçmək üçün gələn vətəndaşlarla söhbətləşib.

Həmçinin mövzu ilə bağlı Bakı sakinlərinin münasibəti öyrənilib. Məlum olub ki, yaşından asılı olmayaraq hamı çağırışın gələcəyi günü gözləyir.

BAKU.WS
VİDEO