SİZİN REKLAM BURADA!
055 213 76 73


"İyul ayının 12-də Ermənistan tərəfindən Tovuz istiqamətində təcavüz aktı törədildi. Sual oluna bilər ki, bu təcavüz aktı niyə Tovuzda baş verdi? Bunun bir neçə strateji məqsədi var idi. Ermənistan Azərbaycanın Türkiyə ilə birgə həyata keçirdiyi Şərq-Qərb platformasına, TANAP və TAP kimi layihələrimizə təhlükə yaratmağı hədəfləmişdi".

BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Haber Global" kanalının canlı yayımında deyib.

Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan strateji üstünlüklər əldə etmək və həmin ərazilərdə nəzarəti ələ keçirmək istəyib:

"Eyni zamanda Qarabağ mövzusundan diqqəti yayındıraraq regionda yeni təhlükəli zona yaratmağa çalışırdılar. Ermənistanın Azərbaycana qarşı təcavüzü 30 ildən artıqdır ki, davam edir. Azərbaycan Ermənistanla sərhəddə barışın təmin olunması üçün tələb olunanları davamlı olaraq həyata keçirməyə çalışırdı.

Ermənistan isə tam əksinə, hər an təcavüz aktı həyata keçirməyə hazırlaşır. Ermənistanın sistematik olaraq geniş bir müddətdə silahlanması davam edir. Ermənistana hərbi təyyarələr gəlməkdə davam edir. Ermənistana 500 tondan artıq silah gətirilib. O silahlar nə məqsədlə gətirilib? Bu suala hələ də cavab ala bilməmişik.

Biz Rusiya Müdafiə Nazirliyi qarşısında da bu məsələni qaldırdıq. Rusiya Müdafiǝ naziri Sergey Şoyqu suallara cavab olaraq bildirdi ki, Ermənistana təyyarələrdə tikinti materialları daşınıb. Bizim də cavabımız bu oldu ki, tikinti materiallarının daşınması üçün təyyarəyə ehtiyac yoxdur. Bunun üçün digər nəqliyyat vasitələrindən istifadə olunur".

BAKU.WS