Tarixi “Gəncə Bazarı” yenidən bərpa olunur - VİDEO

Gəncəlilərin vaxtı ilə “Gəncə Bazarı” və ya “Kolxoz bazarı” kimi tanınan tarixi bazarı. Uzun illər istər şəhər sakinləri, istərsə də ətraf bölgələrdə yaşayanlar məhz bura - bu bazara üz tutardı.
Tarixi mənbələrə görə, bazarın yaşı 1 əsrə yaxındır, Gəncənin mərkəzində yerləşir və gəncəlilərin ən çox üz tutduğu məkan olub. Təxminən 4 il öncə bazar tamamilə söküldü.
BAKU.WS-in BAKU.TV-yə istinadən məlumatına görə, bazar bu günlərdə yenidən inşa edilir.
Bildirək ki, qədimi bazar ən müasir tələblər çərçivəsində tikiləcək. Layihəyə əsasən, bazarın inşası iki əsas istiqamət üzrə aparılacaq.
Tikintidə şəhərin qədimliyi, həmçinin müasirliyi əks olunmalıdır. Ayrıca Gəncə şəhərini tərənnüm edən tarixi arnamentlərdən də istifadə ediləcək.
Gəncə Bazarının bir hissəsinin ilin sonunadək, ümumilikdə isə tam istifadəyə verilməsi 1 il ərzində nəzərdə tutulub.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...