VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçmiş Sovet İttifaqı respublikası olan Belarus prezident seçkilərinə hazırlaşır.

BAKU.WS Baku.tv-yə istinadla xəbər verir ki, seçkilər avqustun 9-na təyin edilib, ən yüksək dövlət postuna Lukaşenko da daxil olmaqla, beş nəfər iddialıdır. Lukaşenko artıq altıncı dəfədir ki, prezidentliyə namizəddir.

26 ildir prezident postunda olan Aleksandr Lukaşenkoya qarşı xalqın əsəbləri dözümlülüyünü itirib. Artıq aylardır küçələrdə etiraz səslərini eşitmək mümkündür:

“Belaruslar, təxminən doqquz milyonumuz var və yalnız bir adam bizi qorxu içində saxlamağı bacarır. Bu, necə mümkündür? Nəhayət, buna son qoyaq, uşaqlar”.

Etirazçıların necə və hansı yolla susdurulduğu da aydın məsələdir.

Prezident seçkilərində bu il 5 nəfər mübarizə aparır. Lakin Lukaşenkonun ən böyük rəqibi olaraq Svetlana Tixanovskayanın adı çəkilir. Hər nə qədər Lukaşenko qadın prezident ehtimalını istehza ilə qarşılasa da, 37 yaşlı keçmiş müəllimin sakit, lakin inandırıcı görünüşə malik olması, özünü sadə xalqın nümayəndəsi kimi aparması prezidentlikdə onu ideal namizəd kimi göstərir. Onun mitinqləri çox sayda insanı cəlb edir.

"Onlar bir siyasətçiyə səs vermirlər, yarım il sonra yeni və ədalətli seçkilərin keçiriləcəyini vəd edən normal bir insana səs verirlər. Bundan sonra həqiqi bir siyasətçi prezident kürsüsünü alacaq, həqiqi iqtisadçı ölkəmizi yeni bir səviyyəyə qaldıracaqlar. Dəyişiklik simvolu üçün səs verirlər. Tixanovskaya dəyişiklik rəmzidir. Həqiqət budur. Buradayam, bundan sonra seçkilərin necə olacağını və nəyə ehtiyacımız olduğunu bilən birisi kimi...”

İki uşaq anası və həyat yoldaşı həbsdə olan Tixanovskaya, may ayında prezidentliyə namizədliyini irəli sürdükdən sonra Belarusdakı ən güclü qadınlardan biri olub. Hətta onun namizədliyini irəli sürməsində ərinin böyük təsirinin olduğu iddia edilir.

Eksperlər belarusların yoxsulluq həddində yaşamaqdan və ölkədə heç bir perspektivin olmamasından yorulduğunu bildirirlər. Artıq Lukaşenko ölkə üzərindəki hakimiyyətini itirib. Üstəlik, insanlar eyni tamaşanı 26 ildir televiziya ekranından izlədikləri üçün psixoloji olaraq daha çox yorulublar", - deyə siyasi ekspert Aleksander Klaskovski söyləyib.

Ölkədəki dəyişikliyin tezliklə gələcəyini vurğulayan Tixanovskaya "Hökumətimizin hörmətinə ehtiyac duyuruq və bu hökumət heç vaxt bizə hörmət etməz, çünki 20 ildən çoxdur bu işi görməyib. Xalqı birlik və xalq olaraq görməyiblər", – deyə çıxışında bildirib.

Bütün bunlar Lukaşenkonun hakimiyyətdən uzaqlaşdırılacağı demək deyil. Lakin aydındır ki, o, populyarlığını itirib və artıq bu faktı gizlədə bilmir. Müxalif hərəkatın isə seçkilərdən sonra da davam edəcəyi gözləniləndir.

BAKU.WS
VİDEO