SİZİN REKLAM BURADA!
055 213 76 73


Şadlıq evləri mövcud vəziyyətə görə artıq, demək olar ki, müflis olmaq dərəcəsindədirlər.

Baku.tv-nin məlumatına görə, orada işləyən işçilərə də artıq ödəniş olunmur. Bu dövr ərzində toy və digər mərasimləri təşkil edə bilməyən şadlıq sarayları gəlirsiz qalıb.

Düzdür, sahibkarlara dövlət tərəfindən müəyyən qədər dəstək göstərildi, amma şadlıq evi sahiblərinin sözlərinə görə, o da ilk iki ay müddətində ödənildi.

“İlk aylar aldıq, sonra ala bilmədik o pulu da, demək olar ki, müflis olmuşuq, təqribən 100 mindən çox ziyan var. Hələ növbəti aylarda da məhərrəmliyə görə açılsa belə işləmək olmayacaq”, – deyə inzibatçılar Baku.tv-yə bildirdilər.

Mart ayının 14-dən etibarən pandemiya səbəbi ilə ölkədə bütün kütləvi tədbirlər, o cümlədən toy-nişan mərasimləri təxirə salınıb. Aylardır ki, kiminsə evindən "Vağzalı" səsi eşidilmir. Edən də sakit, səs-səmirsiz, ailələr arasında edir toyunu, toy demək olarsa əgər.

Mövcud vəziyyət toy sahiblərinə də həm mənəvi, həm də maddi ziyan vurur. Onlar da narahatdırlar: “Həm mənəvi, həm maddi ziyana düşmüşük. İstəyirik atdığımız pulları götürək. Həm adət var, ənənə var, toyumuzu ona uyğun etmək istəyirik”.

Yəqin ki, ən gözəl adətlərimizdən olan toyu elə adətə uyğun keçirməyi gözləyən toy sahiblərinə, həmçinin şadlıq evlərinə səbirli olub gözləməkdən başqa çarə yoxdur. Gözləyək ki, bu bəla da başımızdan sovuşsun, həyat da öz axarına qaldığı yerdən davam etsin.

BAKU.WS
VİDEO