SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər koronavirus təhlükəsi ölkənin bütün xidmət sahələrinə öz təsirini göstərib. Bəs insanların ən çox toplaşdığı məkan kimi toylar necə təxirə salına bilərmi? Bunu öyrənmək məqsədilə paytaxtda yerləşən bir neçə şadlıq sarayına müraciət etdik. Və hələlik toy biznesində hər şeyin yolunda getdiyini, şadlıq saraylarında gündəlik toyların keçirildiyini öyrəndik.

ARB TV–nin efirində yayımlanan “Günə doğru” verilişində məsələ ilə bağlı sujet yayımlanıb.
Restoran inzibatçısı Ayaz Məmiyev hər şeyin öz qaydasında olduğunu deyir:

"Yəni heç bir dəyişiklik yoxdur. Özünüz də gördüyünüz kimi bu günlərdə toy var. Hətta bayaq fikir verdiz ki, müştərilər gəlir-gedir. Heç bir şeyə təsiri yoxdur və heç kim də toyu təxirə salmaq üçün bizə müraciət etməyib.

Şirkətlər var, çağırırıq, axşam toydan sonra gəlib dezinfeksiya edirlər. Toylar bitəndən sonra, axşamlar dezinfeksiya olunur, qapılar bağlanır, səhər havalandırma qoşulur sonra davamı gəlir”.

Amma toylar insanların ən çox yığışdığı tədbirlərdən olduğu üçün virus yayılma ehtimalı da çoxdur. Mütəxəssisər də bununla bağlı xəbərdalıq edir.

ATU-nun yoluxucu xəstəliklər kafedrasının dosenti Sədrəddin Atakişizadə deyir ki, koronavirus infeksiyasının hava-damcı yolu ilə keçdiyindən insanların kütləvi yığışmasının müvəqqəti olaraq dayandırılmalıdır. Bilirsiz ki, şadlıq evlərində də həddən artıq insan kütləsi yığılır və bu da insanların hava-damcı yolu ilə yoluxmasına səbəb ola bilər”, -S.Atakişiyev deyir.

Təhlükəsizlik eksperti Elmar Nurəliyev insanların daha çox cəmləşdiyi məkanların - restoranlar, şadlıq sarayları, otellərin nəinki yayılmış virusla bağlı, hətta ildə 2 dəfədən az olmayaraq dezinfeksiya edilməli olduğunu bildirdi:

"Yəni ixtisaslaşmamış şirkətlər, lisenziyası olan şirkətlər gəlib, insanların daha çox cəmləşdiyi otellər, şadlıq sarayları, restoranları dezinfeksiya etməlidirlər”.

Şadlıq sarayı rəhbərliyi hər toydan sonra restoranda təmizlik və dezinfeksiya işlərinin aparıldığını bildirirlər. Onların fikrincə bununla xəstəliklərin yayılmasının qarşısı alınır.

Ancaq toylarda virus təhlükəsi təkcə sarayın dezinfeksiyası ilə bitmir. İnsanların da bu məsələdə həssas yanaşması vacibdir.

Təhlükəsizlik eksperti deyir ki, insanların tibbi müayinədən keçməsini təmin etmək lazımdır:

"İş yerlərində sanitar gigiyenik qaydalara əməl olunmalıdır. Restoranlarda işləyən işçilərin əllərində əlcək, başlarında başlıq olması, ağızlıqların olması yəni qoruyucu maskalardan istifadə etməsi çox önəmlidir”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında yaradılmış operativ qərargah əhaliyə qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınmasını, yas mərasimlərinin isə kütləvi keçirilməməsini tövsiyə edib.

BAKU.WS
VİDEO