VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda daha bir sərnişin avtobusu qaydaları kobud şəkildə pozub.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, sürücü avtobusu qapısı açıq idarə edib, ön və arxa qapılardan sərnişinlər sallanaraq gedib. Daha dəhşətlisi isə budur ki, tıxacda səbri çatmayan sürücü qoşa xəttin tələbini pozaraq əks yola çıxıb, sürətlə irəliləyib.

Bununla da 105 saylı avtobusun sürücüsü qaydaları kobud şəkildə pozub.

Kadrlar ötən gün axşam saatlarında Zabratdan Balaxanıya dönən yolda sürücülərdən biri tərəfindən çəkilib. Aydın olur ki, sərnişinlərin həyatını təhlükəyə atan avtobus 105 saylı xəttə aiddir və avtobusun dövlət qeydiyyat nişanı 90-rb-466-dır.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, həmin sürücü eyni anda iki qayda pozuntusu edib.

Ekspert deyir ki, həmin sürücü hüquq mühafizə orqanları tərəfindən müəyyən edilərək cərimə edilməlidir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, görüntülər araşdırılıb və xəttin müvəqqəti daşıyıcısı, ''Azlənd MMC''nin rəhbəri Azadxan Xanməmmədov agentliyə çağırılıb və müvafiq göstərişlər verilib. Əgər daşıyıcı tərəfindən təsirli tədbirlər görülməsə, onunla bağlanan müqaviləyə xitam veriləcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, həmin görüntülər araşdırılacaq və qaydaları pozan şəxs cərimələnəcək.

BAKU.WS
VİDEO