SİZİN REKLAM BURADA!
055 213 76 73


Bura ilk baxışdan hər hansı zibil paliqonuna bənzəsə də, görüntülər Kürdəmir şəhər Məşədi Əzizbəyov küçəsində qeydə alınıb.

BAKU.TV-nin "Xəbər" buraxılışında yayımlanan sujetdə qeyd olunur ki, sakinlər tullantıları qutular olmadığı üçün küçəyə atmaq məcburiyyətində qalırlar.

Yerli sakinlərin sözlərinə görə, əvvəllər həmin ərazidə zibil qutuları olsa da, uzun müddətdir ki, qutular küçədən götürülüb. Hər gün 100-lərlə sakin və uşaqların hərəkət etdiyi küçədə, artıq it və vəhşi heyvanlar yuva qurublar.

Bu da ərazidə hərəkət edənlər üçün böyük təhlükədir. Kürdəmir rayon Kommunal Müəsissələr kombinatının əməkdaşı Sübadə Gülməmmədovanın sözlərinə görə, sözügedən küçəyə əvvəllər zibil qutuları qoyulsada sakinlər tullatıları qutuda yandırdığından əşyalar tamamilə yararsız vəziyyətə düşüb.

Ancaq tezliklə həmin ərazi təmizlənək və qutular bərpa olunacaq. Təki verilən vəd söz olaraq qalmasın, əks halda sakinlər ya xəstəliyə tutulacaqlar, ya da vəhşi heyvanların qurbanı olacaqlar.

BAKU.WS
VİDEO