SİZİN REKLAM BURADA!
055 213 76 73



“Moskvada “Mega” Ticarət Mərkəzində Azərbaycan bayrağı rəngində hazırlanan zibil qutuları hələ də yığışdırılmayıb. Bununla bağlı Ticarət Mərkəzinin rəhbərliyinə rəsmi müraciət etdik. Müraciətdə bildirdik ki, qısa müddətdə bu hal aradan qaldırılmasa məhkəməyə müraciət edəcəyik”.

BAKU.WS xəbər verir ki, bunu Modern.az-a Rusiyada yaşayan azərbaycanlı Daşqın Rəcəbli bildirib.

Daşqın Rəcəblinin sözlərinə görə, Ticarət Mərkəzinin girişinə bu şəkildə zibil qutularının qoyulması təsadüf ola bilməz: “Zibil qutusunun üstündə yazılmış “Цвет имеет значение” (“Rəngin əhəmiyyəti var”) yazısı bu hərəkətin təsadüfi olmadığını söyləməyə əsas verir. Bu yəqin ki, ermənilərin növbəti təxribatıdır. Əgər yaxın zamanlarda bu hal aradan qaldırılmasa, məhkəməyə müraciət edəcəyik”.

BAKU.WS