SİZİN REKLAM BURADA!
055 213 76 73


Düzgün biznes qurmağın əsas istiqamətlərindən biri gələcək perspektivi olan sahələr üzrə addım atmaqdır.

BAKU.TV-nin “Xəbər” buraxılışda yayımlanan sujetdə bir çox şirkət sahiblərinin gənclərə günün tələblərinə cavab verən ixtisaslara yiyələnərək bu yöndə biznes qurmağı təklif etməsi barədə məlumat verilib.

Sahibkar Balağa Cəfərov: “Bu gün mühit çox yaxşıdır. Ölkədə yeni sahələr inkişaf edir. Əsasən xidmət sahəsində kadrlara ehtiyac var. Ümumi inkişafı nəzərə alsaq, xidmət, turizm, informasiya kominikasiya texnologiyaları sahələri daha aktualdır. Gəncləri bu sahələrə yönləndirmək daha yaxşı olardı”.

Qlobal Sahibkarlıq həftəsi çərçivəsində “Mən bunu bilsəydim” adlı panel müzakirədə də bu tip fikirlər səsləndirilib. Əsasən də qadın sahibkarlığı mövzusu əsas müzakirə edilənlərdən olub.

Sahibkar Jalə Əmirbəyova: “Xüsusən son vaxtlar dövlət tərəfindən sahibkarlığın inkişafına böyük dəstək var. Bir sahibkar kimi də mən bunu görürəm. Kənd təsərrüfatı və turizm. Burda çoxlu imkanlar yaradılıb. Həmçinin ölkənin bütün bölgələrində qadın resurs mərkəzləri yaradılıb. Həmin mərkəzlərdə regionlarda yaşayan xanımlara biznes qurmaq üçün bir çox sahədə köməklik göstərilir. Sadəcə bunları araşdırıb öyrənmək lazımdır”.

İctimaiyyətlə Əlaqələr üzrə menecer Sahib Gülməmmədov:

“Tədbirin əsas mahiyyəti və məqsədi sahibkar olmaq istəyən gənclərə, illərdir bu sahədə fəaliyyət göstərən, uğurlu biznes sahibləri tərəfindən bilik və təcrübələrin bölünməsi, açılanması və öz təcrübələrinin məsləhət olaraq verilməsidir”.

Müzakirələrdə əsasən gənclərə İT, turizm və kənd təsərrüfatı sahələrində biznes qurmaq üçün yaxşı mühitin olduğu bildirilir. Yetər ki, bu fürsətlərdən düzgün istifadə edilsin.

BAKU.WS
VİDEO