SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Sabirabad rayonunda 219 mm diametrində olan polietilen orta təzyiqli yeraltı “Şəhər-Muğan” daşıyıcı qaz kəmərinin Muğan prospektindən Heydər Əliyev prospektinə qədər olan hissəsində sazlama işlərinə başlanılıb.

"Azəriqaz" İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, bu müddət ərzində rayon mərkəzinin bir hissəsində qaz fasilələrlə veriləcək.

Xaçmaz rayonunun Vəlvələ kəndi istiqamətində isə istismarda olan qaz xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
BAKU.WS