Xoşqədəmin verilişinə çıxan Hadı Rəcəbli etirazla qarşılandı - VİDEO
19
okt
2019
12:02
Milli Məclisin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəblinin "Səni axtarıram" proqramında ekspert kimi görünməsi bir çox tamaşaçını qıcıqlandırıb. Uzun illərdir ölkənin sosial siyasətinə rəhbərlik edən millət vəkilinin fəaliyyətindən narazı insanlar Xoşqədəm Hidayətqızına etiraz ediblər. BAKU.WS xəbər verir ki, aparıcı deputatdan "İnstagram" hesabında yazılan mənfi rəylərə cavab verməsini istəyib. Hadı Rəcəbli barəsində yazılanların haqsız olduğunu bildirərək, narazıları qəbuluna dəvət edib:"İlk növbədə demək istəyirəm ki, o adamlar kütlə psixologiyasına uyub, orada-burada yazılanlara haqq-nahaq, ədalətsiz uyurlar. Təəssüf edirəm. Bu birinci dəfə deyil, mən 50 ildir peşəkar siyasətdəyəm. Xahiş edirəm, o adamlar mənim qəbuluma gəlsinlər, mənimlə ünsiyyətdə olsunlar, söhbət etsinlər. Nə qədər qaldırırıq, nə qədər görülən işlər var, hamısına aydınlıq gətirim.25 ildir, 5 seçimdir mən bu komitənin sədriyəm. Deməli, burada nəsə var. Mən çox xahiş edirəm, mənim fəaliyyətimə şübhəsi olan insanlar gəlsinlər, söhbət edək. İmkan daxilində onlara kömək edəcəm. Mənim hər qəbulumda 80 nəfər adam olur. Buyurun, gəlin, danışaq. Onun 20-30 faizinə kömək edəndə özümü xoşbəxt sayıram. Odur ki, belə hissə qapılmasınlar, onun-bunun sözünə uymasınlar. Bəzi anlarda hakimiyyəti təmsil edirəm. Mənim seçicilərim bu şeyləri oxuyanda narahat olurlar, narazı qalırlar. Lənkəranda camaat məni tanıyır, bilir. Nəslimi, kökümü tanıyırlar. Hissə qapılmasınlar, müxalif fikirlərə uymasınlar. Gəlsinlər, mən onları qəbul etmək etmək, onlarla fikir mübadiləsi aparmaq istəyirəm".Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Hadı Rəcəbli: "Rusiyada işləyən azərbaycanlılar Azərbaycanda DSMF-yə vəsaitlər ödəməlidir"
"Rusiyada çox sayda azərbaycanlılar işləyir və onlar Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsaitlər ödəməlidir".BAKU.WS "Report"a istinadla xəbər v...