Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında ögey ana üzündən 20 ildir bir-birinə həsrət qalan bacı-qardaşın görüş səhnəsi hər kəsi ağladıb. Artıq yaşa dolmuş Elxan və Xatirənin bir-birinə sarılarkən göz yaşları içində söylədikləri aparıcını belə göz yaşlarına boğub.
 
BAKU.WS 
xəbər verir ki, Elxan bacısını gördükdə dizlərini yerə qoyaraq əllərini göyə qaldırıb Allaha şükr edir və hönkürtü ilə ağlayır. Xatirə də ona sarılaraq göz yaşı tökür.

Ögey ana ucbatından pərən-pərən düşdüklərini deyən Elxan, 13-14 yaşından Bakının küçələrində yaşadığını bildirib. Sadist analığın onlara verdiyi işgəncələrdən söz açarkən hər kəs dəhşətə gəlib. 

"Xatirəm mənim atamın birinci həyat yoldaşından doğulan bacımdır. Atam ondan sonra mənim anamla evlənib. Biz iki qardaş olmuşuq. Mən 2 aylıq olanda anam dünyasını dəyişib. Doğma qardaşım hazırda Qaradağ rayonunda yaşayır. Bizi bacım Xatirə böyüdüb. Anam öləndən sonra atam 3-cü dəfə evlənib. Ögey ana bizə işgəncə verib. Hazırda bütün bədənim o analığın vurduğu damğalardırr. Mənim bacımın barmaqlarını o analıq qırıb. Qardaşımın bədəni o ananılığın qoyduğu çapıqlardır. Biz çox zülmlər çəkmişik. Analıq çörək vermirdi, bacı gizlin gətirib bizə çörək verirdi. Bacı bizim üstümüzdə döyülürdü-söyülürdü. Çünki analıq bizə demişdi ki, heç birinizi bu evdə saxlamayacam. Hətta mənim doğma qardaşımı çarpayının üstünə bağlayırdı, üstünə qaynar su töküb döyürdü. O qardaşım indi Qaradağda işləyir, üş uşağı var. Atam 3-cü dəfə evlənib. Atam 10 ilə yaxındır dünyasını dəyişib. Analığım sağdır".

Elxanla Xatirənin hər kəsi ağladan görüşünü təqdim edirik:

Zülfiyyə Qurbanova
BAKU.WS


VİDEO