SİZİN REKLAM BURADA!
055 213 76 73


Həyat yoldaşı cəbhədə şəhid olduqdan sonra azyaşlı uşaqları qayınanası və baldızı tərəfindən əlindən alınıb, özü isə ruhi xəstəxanaya salınan Ruhiyyədən xəbər var.

BAKU.WS xəbər verir ki, sentyabrın 10-da Bərdə rayon məhkəməsində baş tutan məhkəmədə uşaqların anaya qaytarılması ilə bağlı hökm çıxarılıb.

Qarşılaşdığı haqsızlıq qarşısında aciz qalan bədbəxt qadın dərdini götürüb "Səni axtarıram" proqramına üz tutmuşdu. Proqramın onun üçün tutduğu vəkil məhkəmədə Ruhiyyənin hüquqlarını müdafiə edib.

Məhkəmə onun psixoloji probleminin olmadığı təsdiqləndi. Belə olan halda uşaqlar ona qaytarılmalıdır. Lakin ana hələ də uşaqlarına qovuşa bilmir. Məhkəmə icraçıları çıxarılan qərarı icra etməkdə çətinlik çəkir. Nə qayınana, nə də baldız uşaqları ona vermək istəmir.

Hakimin çıxardığı qərardan əsəbiləşən baldız elə məhkəmənin qarşısında Ruhiyyəni döyüb.  

Xatırladaq ki, Ruhiyyənin sözlərinə görə, qayınanası və baldızı onun oxuma-yazma bilmədiyindən istifadə edərək lazımı sənədlərə imza atdıraraq evini satıblar. Baldız uşağının birini isə Rusiyaya aparıb. Bunun üçün də Ruhiyyəni aldadaraq icazə sənədinə qol çəkdiriblər. Digər uşaq isə qayınanadır və anaya göstərilmir.

Qayınana və baldız dövlət tərəfindən şəhid ailələrinə verilən 11 min manatlıq birdəfəlik yardımı mənimsəməklə yanaşı, dövlətin şəhid övladları ilə xanımına ayırdığı 1400 manat aylıq pensiyaya sahiblənirlər.

Başına gətirilən müsibətlərə nə vaxtsa etiraz edəcəyini düşünən qəddar qayınana və baldız şəhid xanımı dəlixanaya yerləşdiriblər. Ruhiyyənin valideynləri günlərlə qızları ilə əlaqə saxlaya bilməyiblər. Yalnız anonim zənglə onun dəlixanaya yerləşdirildiyindən xəbər tutublar. 27 gündən sonra anası və qardaşı onu Maştağada yerləşən 1 saylı Ruhi Əsəb Dispanserindən tapıblar. 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO