SİZİN REKLAM BURADA!
055 213 76 73


1985-ci ildə 2 yaşındaykən ananın imtina etdiyi, daha doğrusu erməni qadınla sevgili olan atasının üstünə atılan Elcan doğma anasından imtina edib. Erməni qadının saxlayıb-böyütdüyü, tərbiyə verdiyi azərbaycanlı artıq 37 yaşındadır.

Vaxtilə Gəncədə yaşayan Lyubov İvanovna azərbaycanlı Rafiqlə sevgili olub. Bir müddətdən sonra ailəsi Rafiqi evləndirməyə qərar verir və Lyuba ondan ayrılır. Raqif adət-ənənəyə uyğun olaraq 18 yaşlı Kəmalə ilə ailə qurur. Bu evlilikdən Elcan doğulur. Lakin evlilik uzun sürmür. Elcanın varlığı belə atasını erməni sevgilisindən ayıra bilmir. Rafiq Lyubanın yanına dönür və onunla birlikdə yaşamağa başlayır.

Kəmalənin atası kürəkənini geri qaytarmaq məqsədilə nəvəsini onun sevgilisi ilə birgə yaşadığı evin qarşısına atır. Amma hadisələr qayınatanın planının əksinə inkişaf edir. Lyuba Rafiqin oğluna sahib çıxır. Qarabağ münaqişəsindən sonra Elcanın atası Raqiflə birikdə Azərbaycanı tərk edib Rusiyanın Rostov şəhərinə köçür.  

BAKU.WS xəbər verir ki, Elcanın izi ilə Rostova gedən Xoşqədəm Hidayətqızı Lyuba ilə görüşüb. O, "Səni axtarıram" proqramına müsahibəsində maraqlı məqamlara toxunub:

"Rafiq toy gecəsi Kəmaləni evdə qoyub mənim yanıma gəlmişdi. Mən onu təhqir edib qovdum. Düzdür, getdi, amma bir neçə gündən sonra geri döndü. Amma bu dəfə Raqifi qova bilmədim. Bilirsiniz, əəgər insan bir insanı sevmirsə, onu orada zorla saxlamaq olmaz. Ürəyə hökm etmək mümkün deyil. Məcbur olub Rafiqi qəbul etdim. Onsuz da bu ailənin axırı yox idi. Gec-tez dağılmalı idi və dağıldı da. Burada mənim heç bir günahım yoxdur.

Heç bir milli münaqişə bizim bir yerdə olmağımıza mane ola bilmədi. O, məni sevirdi, mən də onu. Elcan onun oğludur, onun qanıdır, eyni zamanda mənim oğlumdur. Onlar ayrılanda Elcanın 2 yaşı vardı". 

Müsahibənin daha ətraflı aşağıdakı videoda izləyə bilərsiz:

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO