SİZİN REKLAM BURADA!
055 213 76 73


"20 yanvar" dairəsi adlanan ərazinin problemləri bitib tükənmir.

BAKU.WS
xəbər verir ki, hadisə şahidlərindən biri “avtosfer.az” saytına videogörüntü təqdim edərək şikayət ünvanlayıb.

Onsuz da hərəkətin sıx olduğu ərazidə digər yol hərəkəti iştirakçılarına maneə törədən taksi sürücüləri yenə öz ampulasındadır.

Moskva prospektindən 20 yanvar dairəsinə daxil olmaq üçün ayrıca zolaq var və daimi yaşıl işıq yanır. Amma taksi sürücüləri həmin zolağı dayanacağa çevirib.

Nəticədə digər sürücülər əziyyət çəkir. Sürücülər yalnız ümumi yaşıl işıq yananda ikinci zolaqla sağa dönə bilirlər. Bu isə əlavə yük olduğu üçün yolda sıxlıq olur. Nəticədə uzun tıxaclar yaranır.

Bəzən isə ikinci zolaq da "dayanacağa" çevrilir.

Bu zaman isə yaranmış vəziyyət daha acınacaqlı olur. Videogörüntüləri təqdim edirik.

Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı müvafiq tədbirlər görəcək.
BAKU.WS
VİDEO