SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabr ayından etibarən vahid tarif cədvəli ilə əməkhaqqı alanların maaşları 40 faiz artacaq. Ümumilikdə 450 min insanın əməkhaqqı artırılacaq.

Prezident İlham Əliyevin minimum əməkhaqqı məbləğinin artırılması ilə bağlı sərəncamına əsasən yeni vahid tarif cədvəli müəyyənləşib. Cədvələ əsasən 1-ci kateqoriya üzrə minimum əməkhaqqı 250, 19-cu kateqoriya üzrə isə 906 manat müəyyənləşib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmovun sözlərinə görə, bu artım 450 min insanı əhatə edəcək.

Əbülfət Məhərrəmov onu da bildirib ki, vahid tarifə edilən dəyişiklik özəl sektorda çalışanların əməkhaqqına da təsirsiz ötüşməyəcək.

BAKU.WS Xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
VİDEO