SİZİN REKLAM BURADA!
055 213 76 73



Dərsdən əla qiymət alan uşaqlar evlərinə yox, birbaşa bu mağazaya üz tuturlar. Çünki 5 qiyməti alan şagirdlər onu satıcıya göstərməklə hədiyyə qazanırlar.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu kampaniya Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyindəki marketlərdən birindəndir. Marketin sahibi uşaqları təhsilə həvəsləndirmək üçün onlara hədiyyə vermək fikrinə düşüb. O, Artıq 10 gündür yaxşı oxuyan şagirdləri sevindirir.

Mağazanın sahibi Qəşəm Niftəliyev bildirir ki, bu addimi atmaqda məqsədi şagirdlərin daha bilikli yetişməsinə dəstək olmaqdır.

Mağaza sahibi bildirir ki, bu təşəbbüsü qısa zamanda öz müsbət təsirini göstərib.

ərazidən yaşayan valideynlər bu təşəbbüsü bəyənir.deyirlər ki indi uşaqlar dərslərinə daha çox vaxt ayırırlar.

Onu da qeyd edək ki, uşaqların kitaba olan marağını artirmaq üçün mağazada kitab guşəsi də yaradılıb. Kitabları burdan pulsuz əldə edən uşaqlar onu oxuyub bitirir və digərlərinin də oxuması üçün kitabı qaytarıb mağazaya qoyurlar.

BAKU.WS