SİZİN REKLAM BURADA!
055 213 76 73



Hövsanda xüsusi nəzarət altında, yəni sterlizə edilmiş, ÇİP yerləşdirilmiş sahibsiz itlər naməlum şəxslər tərəfindən güllələnib.

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində itlərin işgəncə ilə öldürüldüyü idda edilir. Sakinlər deyir ki, həmin heyvanlar zərərsizləşdirildiyindən ətraf üçün heç bir təhlükə yaratmırdılar.

Sakinlərin sözlərinə görə, öldürülən itləri maşına yığıb aparıblar. İki it isə yaralı vəziyyətdə ağacın altında qalıb.

Sahibsiz heyvanların xilasetmə və qorunması işi ilə məşqul olan Yelena Simokina adlı şəxs isə qəsəbədə öldürülən itləri götürərək bizimlə birlikdə IDEA heyvanlara qayğı mərkəzinə üz tutdu.

Faktla bağlı polisə müraciət olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS