Bu gün səhər saatlarından başlayaraq Bakının mərkəzi yollarından birində böyük tıxac yaşanıb.
Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat verib. Bildirilir ki, Babək prospektində böyük tıxac var.
“Vəziyyət o qədər pisdir ki, yol polisi belə məsələyə müdaxilə etmir. Ərazidə ümumiyyətlə yol polisi görünmür”, - deyə hadisə şahidləri bildiriblər.
Yoldakı dəhşətli tıxacın səbəbi ərazidə gedən yol təmiri ilə əlaqədardır.
BAKU.WS