SİZİN REKLAM BURADA!
055 213 76 73



Sürücü Rüstəm Cəfərov yolda başına gələn xoşagəlməz hadisəni sosial şəbəkədə paylaşaraq YPX əməkdaşlarına öz təşəkkürünü bildirib.

BAKU.WS
“avtosfer.az”a istinadən xəbər verir ki, sürücü oktyabrın 1-i səhər saatlarında paytaxtın M.Rüstəmov küçəsində hərəkətdə olarkən onun qarşısına keçən 99-BV-293 qeydiyyat nişanlı "Kia Sorento" markalı avtomobilin sürücüsü lüzumsuz olaraq tormoz verib onun hərəkətini məhdudlaşdırıb.

Sürücü Rüstəm Cəfərov qarşıdakı sürücünün bu hərəkətindən qəzəblənərək yolda xidmət aparan 99-YP-372 qeydiyyat nişanlı patrul avtomobilinə yaxınlaşıb. YPX əməkdaşı sürücünün haqlı iradına dərhal reaksiya verərək qeyd etdiyimiz avtomobilin sürücüsünü törətdiyi xətaya uyğun olaraq məsuliyyətə cəlb edib.

BAKU.WS