SİZİN REKLAM BURADA!
055 213 76 73



Həqiqi təyyarə kimi sürət yığır, sonradan havaya qalxır.  BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, Qəbələ sakini Ayaz Məmmədov artıq 10 ildir ki, aviamodelçiliklə məşğuldur və o, əsl təyyarələrə bənzəyən kiçik prototiplər hazırlayır.

Ayaz Məmmədov hər bir detala xüsusi həssaslıqla yanaşır. 15-dən artıq təyyarə hazırlayan usta "Cesna-182 Skylane", "Tricopter" və "Nobler" kimi modellərlə sərgilərə də qatılıb.

Həmin təyyarə modelləri yanacaqla işləyir. Model əvvəlcə layihə formasında kağız üzərində çəkilir. Sonradan həmin layihəyə uyğun hər bir detal dəqiqliklə hazırlanıb yığılır.

Usta deyir ki, modeli hazırlamaq üçün istifadə etdiyi materialları tapmaq ona elə də asan başa gəlmir. Çünki əsas material sayılan balzanın ölkədə satışı yoxdur.

Gənc və istedadlı modelçi təyyarə maketlərini hazırlamaq texnikasını şagirdlərinə də öyrədir. Bu, onların hafizələrini gücləndirmələrinə və asudə vaxtlarını daha səmərəli keçirmələrinə xidmət edir.

Ayaz Məmmədov deyir ki, onlara şərait yaradılarsa, modelləri daha da təkmilləşdirmək olar.

BAKU.WS