SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Moskva-Banqkok aviareysində terror həyəcanı yaşanıb.

BAKU.WS
-in məlumatına görə, Moskvaya yola düşməyə hazırlaşan təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yenidən eniş edib. Təyyarədə olan sərnişinlər dərhal düşürdülüb və bir-bir yoxlamalara başlanıb.

Təyyarədə olan 400 nəfər və onların yükləri yenidən yoxlamalardan keçib. Səbəb kimi isə təyarə nəzarətçilərindən biri rəhbərliyə təyyarədəki sərnişinlərdən bir neçəsinin türk dilində danışması ilə bağlı xəbər verməsi olub. Nəzarətçi ehtimal edib ki, türk dilində danışan insanlar terrorçudurlar və təyyarə havada olan zaman partladacaqlar. 


Təyyarə 9 saat ərzində yoxlanılıb. Heç bir şübhəli olmadığı üçün təyyarə yenidən havaya qaldırılıb.

 
Ziya Səccad

BAKU.WS