SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda Novruz bayramı ilə bağlı bayram yarmarkaları üçün nəzərdə tutulan çadırlar qurulub. Artıq 5 yerdə - "Gənclik", "Nərimanov", "28 may", "İnşaatçılar" və "Koroğlu" metro stansiyalarının yaxınlığında belə çadırlar quraşdırılıb.

BAKU.WS-in əməkdaşı “28 may” metrosunun ətrafındakı satılan məhsulların qiymətləri ilə maraqlanıb.

Yarmarkalarda Novruz Bayramının simvolu hesab olunan müxtəlif səmənilər, novruz atributları, süvenirlər, ətirlər və oyuncaqlar satılır.
Səmənilərin qiyməti 50 qəpikdən başlayır. Ən bahalı səməni 5 manatdır.

Güllər – 8 AZN-dən 32 AZN-ə qədər.

1 ədət qırmızı gül isə 3 AZN-dən 5 AZN-ə qədərdi.

Bijuteriyalar 5 AZN-ə satılır.

Ən ucuz ətir 5 AZN-dır. Ən bahalı isə 25 manatdır.

Yarmarkada işləyən satıcı deyir ki, Yarmarkada hər kəsin cibinə uyğun məhsul var. Sabahdan isə çərəzlərin satışı başlanılacaq. 

Lakin allıcılardan bəziləri qiymətlərlə razı deyil. Onların sözlərinə görə, bəzi məhsullar bahadır.

Tuncay
BAKU.WS