SİZİN REKLAM BURADA!
055 213 76 73



Keçmiş nazir Ziya Məmmədovun bacısı, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın işdən çıxarılmasına səbəb onun 120 manata məktəbli formaları satması olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda dərs ilinin ilk günündə Lider TV reportaj yayımlayıb. Reportajda bildirilir ki, Bakı Tikiş Evinin 40 manata satdığı formaları M. Məmmədova məcburi olaraq valideynlərə 120 manata satıb.

Keçmiş nazirin bacısı isə telekanal əməkdaşının bu haqda sualına cavab verməyib.

Reportaj yayılmlandıqdan sonra lisey direktoru haqda araşdırma başlayıb.

BAKU.WS