MARAQLI HADİSƏ: Taksi şirkəti müştərini aldatdı! - VİDEO

MARAQLI HADİSƏ: Taksi şirkəti müştərini aldatdı! - VİDEO
Video
Video 2717
Müştəri taksi şirkəti tərəfindən hüquqlarının pozulduğunu iddia edir. O deyir ki, şirkətin bir gündə 2 sifarişinə laqeyd yanaşması onun vaxt itkisinə səbəb olub."XəzərXəbər”in vatsap nömrəsinə gələn müraciətlərdən aydın olur ki, bu yeganə hal deyil. Belə olan halda məsuliyət kimin üzərinə düşür? "XəzərXəbər” məsələni araşdırıb. Taksi şirkətinin cavabı isə xeyli maraqlı olub. Onlar buna görə rəqib şirkəti günahlandırırlar. Paytaxt sakini Novruz Axundov taksi xidmətlərindən biri ilə bağlı şikayət ünvanlayıb. Belə ki, O, taksi xidmətindən müraciət edib bir gündə iki dəfə maraqlı hadisə ilə qarşılaşıb. Novruz Axundov bildirir ki, taksi vaxtında gəlmədiyinə görə insanların işləri pozulur və buna yol verənlər cəzalandırılmalıdır. "XəzərXəbər”in vatsap nömrəsinə gələn şikayətlərdən də məlum olur ki, bu heçdə nadir hal deyil. Hətta bəzən taksi şirkəti vaxt müəyyənləşdirir. Bir müddət sonra isə ora gəlməli olan sürücü zəng edərək bildirir ki, həmin məsafəyə verilən qiymət ona sərf etmir. Müştəri isə vaxt itirməmək üçün ya qiyməti artırmalı olur, yada sifarişdən imtina etməklə vaxt itirir. Məsələ ilə bağlı sözügedən taksi şirkəti ilə əlaqə saxladıq. Şirkətin icraçı direktoru Anar Ağayev bildirdi ki, belə halların yaranmasına səbəb taksi sürücüləri tərəfindən sifarişin öncədən qəbul edilib sonra ləğv edilməsidir. O, deyir ki, belə hallara qarşı şirkət daxilində sərt qaydalar mövcuddur və buna yol verən əməkdaşlar ciddi şəkildə cəzalandırılır. Şirkətin nümayəndəsi onu da bildirir ki, bəzi taksi şirkətləri onları bazardan sıxışdırıb çıxarmaq üçün sifarişlə taksi sürücüləri göndərirlər ki, müştəriləri narazı salaraq onların nüfuzumuza xələl gətirsinlər. Belə şəxslər barəsində hüquq-mühafizə orqanlarına da müraciət edirlər. O, həmçinin qeyd etdi ki, şirkət müştəri məmnuniyyətinə xələl gətirən addımlar atdığına görə hər ay 10-12 sürücünü işdən çıxarır və cəza tədbirləri davam edəcək. Buna görə şirkət nümayəndəsi müştəriləri belə hallarda dərhal zəng edərək şikayət etməyə çağırır. BAKU.WS

Son xəbərlər