SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda yaşayış binalarının qarşısında, vətəndaşların istirahəti üçün nəzərdə tutulan yerlərdəki ağacları kəsirlər.

Bakı şəhəri, Nəsimi rayonu sakinlərinin BAKU.WS-ə verdiyi məlumata görə, onların yaşadığı binanın qarşısındakı ağaclar bəzi işbazlar tərəfindən kəsilir.

Qeyd olunur ki, Nəsimi rayonu, 3-cü mikrorayon, H.B.Əliyev küçəsi, 22 saylı binanın qarşısında uşaqların istirahəti üçün nəzərdə tutulan kiçik oyun meydançasını sökmək və oradakı ağacları kəsmək istəyirlər. 

Məlumata görə, həmin ərazidə hündürmərtəbəli bina inşa ediləcək.

Məsələni diqqətdə saxlayırıq.
 
BAKU.WS