SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rusiya prezidenti Vladimir Putin "Mercedes” markalı avtomobili özü sürərək arxada oturan şəxsə sürücülük edib. 

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki,  Putin ötən gün Valaam monastrını ziyarət edib. Putinin "Mercedes” markalı avtomobili özü sürərək monastra gəlib. O, maşının arxa qapısını açıb.  Bu zaman kamera aydın şəkildə arxa kresloda oturan qırmızı paltarlı qadını görünüb. Sonra Putin tez-tələsik avtomobilin arxa qapısını bağlayıb.

Sosial mediada sürətlə yayılan video ilə bağlı Kremldən açıqlama verilib.

"Avtomobilin arxa kreslosunda oturan adam prezident Vladimir Putinin qadın mühafizəçisidir”,-deyə Dmitri Peskov bildirib.

İman
BAKU.WS