SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan prospektindən (MUM istiqamətdindən) "Beşmərtəbə" istiqamətinə gedən avtomobillər bundan sonra düzünə "Nizami" metrosu istiqamətinə gedə bilməyəcək.
 
Avtosfer.az xəbər verir ki, hazırda dairəyə betonlar düzərək hərəkəti düzünə istiqamətdə qadağan ediblər. Avtomobillər ancaq sağa - Şəmsi Bədəlbəyli küçəsinə dönərək gedib qarşıdan Səməd Vurğun küçəsində (Heydər Əliyev Sarayının yanında) yeni təşkil olunmuş geriyə dönmə yerindən geriyə dönüb "Nizami" metrosu istiqamətinə hərəkət edə bilərlər.

Hazırda Şəmsi Bədəlbəyli küçəsində tıxac yaranıb. Geriyə dönmə yerində svetoforun sola əlavə bölməsinin olmasına baxmayaraq, düzünə getmək istəyən avtomobillər svetoforun qırmızı işığında geriyə dönmə yerini zəbt edirlər və buna görə də tıxac yaranır.
 
BAKU.WS