SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bir nəfər sürücü paytaxt küçələrindən birində işıqfordan düzünə keçdiyi üçün cərimələnib. 
 
Səbəb kimi də işıqforun yanında sağa dönmə nişanının olduğu göstərilib. Lakin sürücü tərtib olunan protokolu əsassız sayır. Əməkdaşlarımız ekspertlərlə birlikdə protokolun həqiqətən də əsassız olub-olmamasını araşdırıblar.

Sürücü sağa dönmək əvəzinə düzünə keçdiyi üçün cərimələndi. Lakin tərtib olunan protokolla razılaşmır.

Paytaxt sakini Vaqif Bənnayev 28 may küçəsində sağ zolaqla hərəkət edib. Yalnız işıqforun yanında, asfaltın üzərində sağa dönmə nişanı olduğunu görüb. Başqa zolağa keçə bilməsiyi üçün də düzünə hərəkət edib və 40 manat məbləğində cərimələnib.

Vaqif Bənnayev protokolun əsassız olduğunu iddia edir. Bu səbəbdən də Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib.

Yol hərəkəti üzrə ekspert ərşad Hüseynov bildirir ki, həmin hissədə nişanlanma düzgün həyata keçirilməyib.

Ekspert deyir ki, asfalt örtüyünə çəkilən nişandan əlavə bütün sürücülərin görə biləcəyi yerə də zolaqların istiqamətini bildirən nişan qoyulmalıdır. Həmin ərazidə də yol hərəkətinin təşkilində qüsur olduğu üçün tərtib olunan protokol əsassızdır.

Bu məsələ ilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edən Vaqif bənnayevə bildirilib ki,iradında haqlıdır və ona əlavə cavab veriləcək.
 
Xəzərxəbər
BAKU.WS