SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Bakıda "Sovetski" layihəsinin daha bir işinə start verildi. Hazırda Heydər Əliyev Sarayının yanında geriyə dönmə yeri hazırlanır.
 
BAKU.WS-in Avtosfer.az-a istinadən verdiyi xəbərdə bildirilir ki, bu barədə "Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli məlumat verib. O bildirib ki, Şəmsi Bədəlbəyli küçəsi ilə hərəkət edən avtomobillər bundan sonra svetoforda gözləmədən birbaşa geriyə hərəkət edərək Fizuli küçəsinə, yəni "Beş mərtəbə" dairəsi istiqamətinə qayıda biləcəklər.

Qeyd etdiyimiz geriyə dönmə yeri, "Sovetski" layihəsində nəzərdə tutulub. Həmin layihədə göstərilib ki, "Beş mərtəbə" dairəsi "Qış parkı"na birləşəndən sonra Azərbaycan prospektindən gələn avtomobillər "Nizami" metrostansiyası tərəfə getmək üçün Şəmsi Bədəlbəyli küçəsinə daxil olaraq qeyd etdiyimiz geriyə dönmə yerindən dönərək gedə bilərlər.

BAKU.WS