SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ Suriya rejiminə aid bir hava bazasına 50-dən çox "Tomahawk" mərmisi atıb.
 
BAKU.WS-in məlumatına görə, ABŞ-ın atdığı mərmilər Humus yaxınlarındakı Şayrat hərbi bazasını hədəf alıb.
 
Pentaqon da Suriya rejiminə aid Şayrat bazasına 59 "Tomahawk" mərmisiylə vurduğunu açıqladı: "Donald Trampın təlimatıyla ABŞ qüvvələri Suriya Hava qüvvələrinə aid hərbi bazanı bombalayıb".
 
Pentaqon sözçüsü Jeff Devis hücumdan əvvəl Rusiyaya məlumat verildiyini və rus əsgərlərinin o bazada olduğunu bildiklərini söyləyib. 

Tramp da çıxışında bildirib ki, bu hücum bir neçə gün öncə Suriyanın Xan Seyhun qəsəbəsində kimyəvi silahdan istifadə edildiyi üçün həyata keçirilib. 59 mərmi ümumilikdə 89 milyon dollar dəyərindədir. 
 
BAKU.WS