SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Pilot havada çaşdı. ANS PRESS-in məlumatına görə, qəribə hadisə ABŞ-da baş verib. Amerikalı pilot içərisində yüzdən çox sərnişin olan təyyarəni səhvən hava limanı əvəzinə, hərbi bazaya endirib. 

Bu hadisə ötən gün Cənubi Dakotada, Rapid Siti yaxınlığında olub. 

"Delta" hava yoluna aid "Airbus 320" təyyarəsi Rapid siti regional hava limanına eniş üçün alçalamağa başlayıb. Distpetçerin yönləndirməsinə baxmayaraq pilot təyyarəni 8 km aralıdakı "Ellsworth" hərbi hava bazasına endirib. 

ABŞ Hava Qüvvələrinin 28.Bombardıman alayının nəzdnində olan bazanın komandanı Gentri Bosvell bunun təhlükəsizliklə bağlı ciddi problemlərin olmasından xəbər verdiyini açıqlayıb. 

"Belə hadisə baş verirsə demək pilot ən əsas təhlükəsizlik tədbirlərini belə almayıb deməkdir". 

"Delta" hava yolu şirkəti isə araşdırma bitənə kimi heyətin işinə son verildiyini açıqlayıb. Belə ciddi yanlışlığa nəyin səbəb olması ilə bağlı heç bir ehtimal isə açıqlanmayıb. 

Bənzər hadisə 2004-cü ildə də baş verib. "Northwest" hava yollarına məxsus təyyarə Rapid siti hava limanı yerinə "Ellsworth" bazasına enib.
 
BAKU.WS