SİZİN REKLAM BURADA!
055 213 76 73


Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinə qədər) təmir işlərinə başlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi, piyada səkilərinin yenilənməsi işləri yerinə yetirilir.

İşlərin aparıldığı ərazidə hərəkət tam məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir.

"Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

BAKU.WS
VİDEO

QALEREYA