Bakıdakı bu parkda əyləşmək üçün skamya yoxdur - FOTO/VİDEO

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Abasqulu Ağa Bakıxanovun heykəli qoyulan park baxımsız vəziyyətdədir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, parkın problemi gecənin zülmətində gün üzünə çıxır. Elə hava işıqlı olanda da parkdakı vəziyyəti aydın görmək olur.
Belə ki, sözügedən parkda nə əyləşmək üçün skamyalar, nə də işıqlandırma sistemi var.
"Parkda əvvəllər əyləşmək üçün skamyalar var idi. İndi 1 ya 2 belə oturacaq qalıb. Gecə saatlarında park qaranlığa qərq olur. Yaxşı olardı ki, uşaqların əyləndiyi, yaşlıların asudə vaxt keçirdiyi bu məkan müvafiq qurumlar tərəfindən nəzarətə götürülsün və problemləri həll edilsin",-deyə sakinlərdən biri bildirib.
Sözügedən görüntüləri təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
