SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müğənni Elnarə 6 uşaqla çətin durumda yaşayan qadının evinə baş çəkib.
 
BAKU.WS-in məlumatına görə, müğənni bu barədə öz Instagram hesabında video paylaşıb.
 
Elnarə deyir ki, 6 uşaq anası əri tərəfindən 1 il öncə tərk edilib. "18 illik həyat yoldaşını qoyub qaçıb. Geriyə qalan 6 körpə uşaq oldu. Xahiş edirəm heç vaxt heç kimi qınamayaq. Qınağımız başımıza gəlməyənə qədər Allah canımız almaz. Bizim ürəyimiz istədi gəldik və bu ailəni tapdıq. Öz gözlərimizlə onların yaşadığı şəraitsiz daxmanı gördük. Ürəyi istəyən əlbəttəki gəlib bu ailəyə baş çəkə bilər. Çox istəyirəm ki, "Asan Xidmət" bu uşaqlara sənəd verilməyində yardım etsin. Uşaqların sənədi olsun ki, məktəbə gedə bilsinlər".
 
Şahin Həbibov
BAKU.WS