Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ - VİDEO
Video
Video 4

Magistral və paytaxt yollarının buzlanma ehtimalı nəzərə alınaraq sürücülərə tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar.

BAKU.WS-in Xezerxeber.az-a istinadən məlumatına görə, bunu Baş DYP İdarəsinin inspektoru Elvin Hacıyev bildirib.

O deyib ki, yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən diqqətli olmalıdırlar. İdarə etdikləri nəqliyyat vasitələrinin sürətini hava şəraitinə uyğun tənzimləməlidirlər.

Elvin Hacıyev hava şəraiti ilə əlaqədar piyadaları da diqqətli olmağa çağırıb.

FHN də əhalini mövcud hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər