Sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığından görüntülər - FOTO/VİDEO

Sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığından görüntülər - FOTO/VİDEO
Foto Video
Video 0

Azərbaycan Ordusunun ümumqoşun poliqonlarının birində Hərbi Dəniz Qüvvələrinin sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığı toplanışı keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Sualtı hücum xüsusi təyinatlı kursu"nun kursant və təlimatçı heyəti ilə keçirilən toplanışda paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib. Toplanışın keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər