Bir sıra Avropa ölkəsi hantavirus riskinə qarşı hazırlıq görür
Almaniya, Fransa, Belçika, İrlandiya və Niderland İspaniyaya gedən və göyərtəsində hantavirus epidemiyası baş verən kruiz gəmisindən öz vətəndaşlarının təxliyəsi üçün təyyarələr göndərdiklərini təsdiqləyiblər.
Bu barədə "Reuters" agentliyinə istinadən İspaniyanın daxili işlər naziri Fernando Qrande Marlaska məlumat verib.
Onun sözlərinə görə, Avropa İttifaqı digər Avropa ölkələrinin vətəndaşlarının təxliyəsi üçün əlavə iki təyyarə də göndərir.
ABŞ və Böyük Britaniya da öz vətəndaşlarının təxliyəsi üçün təyyarələrin və ehtiyat planlarının hazırlandığını təsdiqləyiblər.
Məlumata görə, sərnişinlərə yalnız zəruri ehtiyac əşyalarını özləri ilə götürməyə icazə veriləcək. Qalan baqajlar, eləcə də həyatını itirmiş sərnişinin meyiti gəmidə saxlanılacaq və dezinfeksiya işləri üçün Niderlanda göndəriləcək.
Bildirilib ki, kruiz gəmisini ilk olaraq İspaniya vətəndaşları tərk edəcəklər. Digər sərnişin qruplarının təxliyə qaydası isə səhiyyə orqanları tərəfindən müəyyən ediləcək.
Fernando Qrande Marlaska əlavə edib ki, təxliyə reysi uçuşa tam hazır olmayınca sərnişinlərin sahilə çıxmasına icazə verilməyəcək.
Oxşar xəbərlər
Putin Zelenski ilə görüşməyə hazırdır: Son nöqtə olmalıdır
Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna münaqişəsinin hazırda sona çatdığına inanır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya lideri...