SİZİN REKLAM BURADA!
055 213 76 73


"Deyirlər ki, tanınmış insanların həyatı maraqlıdır. Gəlin, efirdə danışın. Axı niyə? Mən də insanam. Tək fərqim oldur ki, tanınmış biriyəm. Niyə gəlib ailə məsələmi efirdə danışmalıaym?".

BAKU.WS xəbər verir ki, bu sözləri aktyor Müşviq Şahverdiyev deyib. "Xəzər axşamı" proqramına qonaq olan aktyor ötən gün aparıcı Zaur Nəbioğlunun proqramına qatılmayıb.

Şahverdiyev bunu ailə məsələsinin efirdə işııqlandırılmaması üçün edib:

"Özümə hörmət etdiyim üçün gedib orada oturmaq istəmirəm. Mən komediya aktyoruyam. Amma elə həddə gələndə elə bir sərt bir cavab verərəm ki... Mən birbaşa sizə gələrəm.  Efirdə arvad kimi danışmaram ki, mən belə edərəm, elə edərəm...".

Xatırladaq ki, aparıcı Zaur Nəbioğlu Müşviq Şahverdiyevi "Rəngarəng səhər" verilişinə dəvət edib. Müşviq gələcəyini bildirsə də, o proqrama qatılmayıb.

Bundan sonra Zaur efir vasitəsilə Müşviqin ünvanına "Kim olursansa ol, hansı vəzifədə olursansa ol, sən illərdir ki, televiziyada çalışırsan. Sənin özünə qarşı bu hörmətsizlik edən qonağına məndən daha sərt reaksiya verərdin. Sən söz verib, üzərində durmayan insansan. Sən "mən gələcəyəm" deyib, sonra susub, qorxub bir kənarda itən insansan. Necə ki, sənətdə o cür itmisən" sözlərini söyləyib. 

Ətraflı videoda:

BAKU.WS
VİDEO