SİZİN REKLAM BURADA!
055 213 76 73


Lokal antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən ərazilərdə kommunal xidmətlər ölkəmiz tərəfindən həyata keçiriləcək.

Xankəndi şəhərinə Azərbaycan tərəfindən elektrik enerjisinin verilməsi bu istiqamətdə atılan addımlardan biridir.

Bunu Xəzər TV-yə açıqlamasında Millət Və kili Naqif Həmzəyev deyib.

Millət Vəkili bildirib ki, həmin ərazilərdə komunal xidmətlərin tam qaydasına düşməsi üçün zamana ehtiyac var. Çünki, əvvəlcə reinteqrasiya prosesinin yekunlaşmasını gözləmək lazımdır.

Naqif Həmzəyev qeyd edib ki, illər sonra Azərbaycanın nəzarətinə keçən ərazilərdə aidiyyəti qurumlar tərəfindən kommunal təsərrüfat sahələri dərindən öyrənilməlidir. Köhnə üsulla qurulan şəbəkənin Azərbaycan şəbəkəsinə inteqrasiya olunması üçün sistemli iş görülməlidir.

Millət vəkili hə min yerlərdə komunnal ödənişlərin hansı pul vahidi ilə ediləcəyi məsələsinə də aydınlıq gətirib.

O, sözügedən ərazilərdən Ermənistan bank sistemi çıxarılacaq, ödənişlər üçün yerli bankaların ofisləri açılacaq.

BAKU.WS
VİDEO