SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda kuryer motosikletində əyləşən sərnişinin hərəkət vaxtı qeyri-etik davranışı narazılığa səbəb oldu.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Kadrlardan aydın olur ki, kuryer şirkətlərinin birinə aid motosikletdəki sərnişin içki butulkasını qəfildən yolun hərəkət zolağına atır.

Sərnişinin bu davranışı digər sürücülərin narazılığına səbəb olmaqla bərabər, hərəkət iştirakçılarına təhlükə də törədib.

Görüntülərlə əlaqədar Oxu.Az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis leytenantı Elvin Hacıyev həmin şəxsləri hansı cəzanın gözlədiyini izah edib. O xüsusilə vurğulayıb ki, “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələbinə əsasən, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır:

“Buna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 40 manat məbləğində cərimə nəzərdə tutulub. Yəni nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsindən çölə hər hansısa bir əşya atdığı zaman İnzibati Xətalar Məcəlləsinə əsasən 40 manat məbləğində cərimə olunur.

Nəqliyyat vasitəsində əyləşən sərnişin çölə hər hansı bir əşyanı, tullantını atdığı zaman isə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən 30 manat məbləğində cərimə nəzərdə tutulur. Hər bir vətəndaş ətraf mühitin qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, təmizliyə riayət edilməsində məsuliyyətli olmalıdır”.

BAKU.WS
VİDEO