SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan və türk aktyorlarının birlikdə rol aldığı "Lanetli kitab" filminin çəkilişləri yekunlaşıb.

BAKU.WS xəbər verir ki, bu barədə ekran işinin rejissoru Natiq Novruzov sosial şəbəkə hesabında bildirib.

Filmdə "Kurtlar Vadisi Pusu" serialında rol alan Halil İbrahim Kalaycı (Zülfüqar Ağa), o cümlədən digər azərbaycanlı gənc aktyorlar çəkiliblər.

Ekran işində uşaq obrazları Ayan Fuad və Nuran Fuad canlandırıblar. Qorxulu janrlı ekran işi oktyabrdan etibarən Azərbaycan və Türkiyə kinoteatrlarında nümayiş olunacaq.

Filmin prodüseri Zamiq Əlövsətoğludur. 

BAKU.WS
VİDEO