SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev reportyorluqdan əlavə həm də aktyorluq fəaliyyəti ilə də məşğul olub.

BAKU.WS xəbər verir ki, Çingiz 1987-ci ildə Rasim Ocaqov tərəfindən lentə alınmış "Özgə ömür" filmində rol alıb.

Bu film Çingiz Mustafayevin ilk rol aldığı filmdir.

Sözügedən film C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunub.

Bu dramatik film Bakıda ali məktəblərdən birinə rəhbərlik edən Fariz Rzayevin, təzadlı həyat sürən insanın faciəsindən bəhs edir.

Filmin qəhrəmanı Fariz Əmiroviç Rzayev (Aleksandr Kalyagin) institut rektorudur və Çingiz Mustafayev də rektorun oğlu Eldar obrazını canlandırıb.

BAKU.WS
VİDEO